Türkiyə səmasında raket zərərsizləşdirildi, Fidan İrana rəsmi Ankaranın reaksiyanı çatdırdı
4 Mart 2026 17:56   Paylaş

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

"Stabil.az" xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.

Qeyd olunub ki, telefon danışığı zamanı Hakan Fidan İrandan atıldıqdan sonra Türkiyənin hava məkanına yönəldiyi müəyyən edilən və zərərsizləşdirilən ballistik raketlə bağlı rəsmi Ankaranın reaksiyasını qarşı tərəfə çatdırıb.

Bölgədəki gərginliyə diqqət çəkən Türkiyə XİN başçısı münaqişələrin yayılmasına səbəb olacaq hər cür addımdan qaçılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol