Türkiyə Prezidenti Səudiyyə Ərəbistanında rəsmi qarşılanıb
3 Fevral 2026 17:16   Paylaş

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ilin ilk xarici səfəri çərçivəsində Səudiyyə Ərəbistanına gəlib.

"Stabil.az" xəbər verir ki, Prezident Ərdoğan Kral Xalid Beynəlxalq Hava Limanında Ər-Riyadın əmiri, şahzadə Faysal bin Bəndər və digər rəsmi şəxslər tərəfindən qarşılanıb.

Türkiyə lideri daha sonra Səudiyyə Ərəbistanının vəliəhdi Muhammed bin Salman ilə görüşmək üçün Yamamə sarayına yollanıb. Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin Yaxın Şərqdə, xüsusilə İran ətrafında yaranmış vəziyyət müzakirə olunacaq.

Səfər zamanı Prezident Ərdoğana xarici işlər naziri Hakan Fidan, maliyyə naziri Mehmet Şimşek və hökumətin digər üzvləri müşayiət edir.

Görüşlərdən sonra Türkiyə Prezidenti Ər-Riyaddan Misirə səfər edəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol