Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanda dövlət səfərindədir
13 May 2026 18:48   Paylaş

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət səfəri ilə Qazaxıstana gedib.

"Stabil.az" bu barədə Akordaya istinadən xəbər verir ki, ölkə Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutan səfər iki gün çəkəcək.

Danışıqlar zamanı liderlər Qazaxıstan-Türkiyə münasibətlərinin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edəcəklər.

Bundan əlavə, prezidentlər Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasını keçirəcəklər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol