Türkiye Petrolleri bp-nin Kərkükdəki törəmə şirkətinin 15 faizini alıb
29 İyul 2026 16:32   Paylaş

"Türkiye Petrolleri" bp-nin Kərkükdəki törəmə şirkəti "bp Energy Company of Kirkuk Limited"də 15 faizlik pay əldə edib.

"Stabil.az" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında paylaşım edib.

Bu barədə sənəd İraqın Baş naziri Əli əl-Zeydinin Türkiyəyə səfəri çərçivəsində imzalanıb.

"Kərkükün qədim torpaqları ilə tarixi əlaqəmiz bu gün ölkəmizin parlaq gələcəyinə güc verən tamamilə yeni bir enerjiyə çevrilir", - nazir vurğulayıb.

bp ilə əldə edilən anlaşmanın əhatə etdiyi ərazidə 3 milyard bareldən çox neft ekvivalentində karbohidrogen ehtiyatlarının olduğu bildirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol