Türkiyə-Pakistan XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Türkiyə xarici işlər naziri Hakan Fidan ilə Pakistan Baş nazirinin müavini və XİN naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.
"Stabil.az" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X"dəki hesabında məlumat yayılıb.
Qeyd olunub ki, nazirlər regionda dəyişən vəziyyəti müzakirə ediblər və artan gərginliklə bağlı ciddi narahatlıqlarını bildiriblər.
M.İ.Dar gərginliyin azaldılmasının təcili zəruriliyini vurğulayıb və problemlərin həlli, eləcə də regionda sülh, sabitliyin təşviqi üçün yeganə effektiv vasitənin konstruktiv dialoq və diplomatiya olduğunu qeyd edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





