Türkiyə Müdafiə Nazirliyi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
20 Yanvar 2026 14:10   Paylaş

Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi şəhidlərinin xatirəsini yad edib.

"Stabil.az" xəbər verir ki, nazirliyin sosial şəbəkə hesablarında paylaşılan açıqlamada 1990-cı ilin yanvarında Bakıda və Azərbaycanın digər şəhərlərində baş verən hadisələr insanlığa qarşı törədilmiş əməllər kimi qiymətləndirilib.

Paylaşımda qeyd olunub ki, 1990-cı il yanvarın 20-də qardaş Azərbaycanda baş verən qeyri-insani hadisələr tarixə Qara Yanvar kimi düşüb. Bildirilib ki, şəhidlərin xatirəsi dərin ehtiramla yad edilir və Azərbaycan xalqının yaşadığı ağrı səmimi şəkildə paylaşılır.

Açıqlamada iki qardaş xalqın birliyinə də diqqət çəkilib: “Tarix boyu kədərdə də, sevincdə də ‘Bir millət, iki dövlət’ anlayışı ilə çiyin-çiyinə dayanmışıq və bu birliyi bundan sonra da davam etdirəcəyik. Unutmamışıq və unutdurmayacağıq!”



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol