Türkiyə MN İrandan növbəti ballistik raketin atıldığını açıqlayıb
Türkiyə Milli Müdafiə Nazirliyi İrandan daha bir ballistik raketin atıldığını açıqlayıb.
"Stabil.az" xəbər verir ki, bu barədə qurumun "X" sosial səhifəsində məlumat paylaşılıb.
Məlumatda bildirilib ki, İrandan atılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib:
"Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər cür təhdidə qarşı bütün lazımi tədbirlər qətiyyətlə və tərəddüdsüz şəkildə görülür, hadisənin bütün aspektləri ilə aydınlaşdırılması üçün müvafiq ölkə ilə danışıqlar aparılır. Milli təhlükəsizliyimiz prioritet olmaqla bölgədəki bütün hadisələr diqqətlə izlənilir və qiymətləndirilir".
Xatırladaq ki, NATO hava hücumundan müdafiə qüvvələri ABŞ və İsrailin fevralın 28-də başlatdığı əməliyyatlardan sonra martın 4-ü və 9-da İrandan atılmaqla Türkiyə hava məkanına daxil olan iki ballistik raketi məhv edib.
Etkisiz hâle getirilen balistik mühimmat ile ilgili açıklama.
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) March 13, 2026
Statement on the neutralized ballistic munition.#MillîSavunmaBakanlığı pic.twitter.com/j6WdF7xqxq
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





