Türkiyə millisi DÇ-2026-da növbəti mərhələdən kənarda qalıb
Futbol üzrə dünya çempionatında Paraqvaya məğlub olan Türkiyə millisi növbəti mərhələyə yüksəlmək şansını vaxtından əvvəl itirib.
"Stabil.az"ın məlumatına görə, San-Fransisko Bay Arena stadionunda keçirilən D qrupunun II turunun matçında "ay-ulduzlu"lar rəqibinə 0:1 hesabı ilə uduzublar.
2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb.
Qarşılaşmanın 45+3-cü dəqiqəsində Cənubi Amerika təmsilçisinin heyətində Miqel Almiron qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, qrupun digər oyununda ABŞ seçməsi Avstraliyaya 2:0 hesabı ilə qalib gəlib. Bununla da qrupdakı ilk iki matçında uduzan Türkiyə seçməsinin növbəti mərhələyə çıxmayacağı dəqiqləşib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





