Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı başsağlığı verib
26 Fevral 2026 15:40   26 Feb 2026 15:46 Paylaş

Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı ünvanlayıb. Nazirlik qardaş Azərbaycan xalqının ağrısını səmimi-qəlbdən bölüşdüyünü bildirib.

"Stabil.az" xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi sosial mediada belə bir paylaşım edib: “Otuz dörd il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən soydaşlarımıza Allah rəhmət eləsin. Biz qardaş Azərbaycan xalqının ağrısını səmimi-qəlbdən bölüşürük”.

Paylaşımda “Bir millət, iki dövlət” heşteqi də yerləşdirilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol