Türkiyə HDQ heyəti Afinaya səfər edəcək
12 Fevral 2026 16:30   Paylaş

Türkiyə və Yunanıstan hərbi dəniz qüvvələrinin nümayəndələri Afinada görüş keçirəcək.

"Stabil.az"ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, “Etimadın Artırılması Tədbirləri”nin icra planı çərçivəsində Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının nümayəndə heyəti 17–19 fevral tarixlərində Yunanıstanın paytaxtı Afinada səfərdə olacaq.

Görüşdə iki ölkə arasında hərbi sahədə qarşılıqlı etimadın möhkəmləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol