Türkiyə “Amerika hərbi bazasının vurulması” xəbərini yalanladı
2 Mart 2026 15:32   Paylaş

Türkiyədə ABŞ hərbi obyektinin hədəfə alındığına dair iddiaların əsassız olduğu qeyd edilib.

"Stabil.az" xəbər verir ki, bu barədə Türkiyənin Dezinformasiya Mücadilə Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, Türkiyədə hər hansı bir ölkəyə məxsus hərbi baza mövcud deyil.

"Türkiyə Cümhuriyyətinin hava, quru və dəniz məkanı, eləcə də hərbi obyektləri tam şəkildə öz suverenliyi və nəzarəti altındadır. Ölkəyə qarşı hər hansı hücum faktı yoxdur. Türkiyəni regional münaqişələrin tərəfi kimi göstərməyə yönəlmiş paylaşımlar açıq dezinformasiya cəhdidir. Türkiyənin müdafiə və təhlükəsizlik sistemi bütün strukturları ilə birlikdə fəaliyyətini davam etdirir və proseslər aidiyyəti qurumlar tərəfindən operativ şəkildə izlənilir. İctimaiyyətin əsassız iddialara etibar etməməsi, yalnız rəsmi qurumların açıqlamalarını əsas götürməsi vacibdir", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Türkiyədə yerləşən NATO hərbi bazasının vurulması iddia edilmişdi.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol