Turan Tovuz fransalı futbolçu Stiv Beusnardı transfer edib
21 İyul 2026 14:32   Paylaş

"Turan Tovuz" klubu heyətini fransalı futbolçu Stiv Beusnardın transferi ilə gücləndirib.

"Stabil.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Fransalı yarımmüdafiəçi Stiv Beusnardla anlaşma əldə olunub. 34 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, "Monpelye"nin yetirməsi olan Stiv Beusnard son mövsümdə Fransa Liqa 2-də "Pau" forması ilə 27 oyunda meydan olub. O, karyerası ərzində vətənində "Bezye" və "Ayaçço" klublarında da çıxış edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol