Trampın Ağ Evdə Zelenski və Netanyahu ilə görüşlərinin vaxtı açıqlanıb
28 İyul 2026 11:08   Paylaş

ABŞ Prezidenti Donald Tramp iyulun 28-də Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu və Ukrayna Prezidenti Volodimir Zelenski ilə ayrıca görüşlər keçirəcək.

"Stabil.az" xəbər verir ki, Ağ Ev rəsmisinin sözlərinə görə, Netanyahu ilə Tramp İranla bağlı vəziyyəti, Livandakı Üçtərəfli Çərçivə üzrə əldə olunan irəliləyişi, eləcə də Abraham sazişlərinin genişləndirilməsi məsələsini müzakirə edəcəklər.

Zelenski və Tramp görüşündə isə Rusiya ilə Ukrayna arasında davam edən sülh prosesi müzakirə ediləcək.

Hər iki lider, həmçinin vəfat etmiş senator Lindsi Qrehemin dəfn mərasimində iştirak edəcəklər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol