Tramp: Zelenski ilə danışıqlar məhsuldar olub
ABŞ Prezidenti Donald Tramp Davosda ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqları məhsuldar adlandırıb.
“Stabil.az"ın “Sky News”a istinadən verdiyi məlumata görə, Tramp jurnalistlərin Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə sazişin imzalanma ehtimalı barədə sualına “görək, nə baş verəcək” cavabını verib.
“Sabah Rusiya ilə görüşümüz var, həmçinin ölkə Prezidenti Vladimir Putin ilə görüşəcəyik”, - D.Tramp qeyd edib.
O, həmçinin bildirib ki, V.Zelenski ilə danışıqlar zamanı Ukraynanın Sülh Şurasına daxil olması məsələsi müzakirə edilməyib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





