Tramp Yaponiyanın Baş nazirini seçki qələbəsi münasibətilə təbrik edib
ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Baş naziri Sanae Takaiçini rəhbərlik etdiyi koalisiyanın seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.
“Stabil.az” xəbər verir ki, bu barədə ABŞ Prezidenti özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Donald Tramp Sanae Takaiçini “çox hörmətli və çox populyar lider” adlandıraraq, onun seçkilərin təyin olunması ilə bağlı verdiyi qərarı “cəsarətli və müdrik” kimi qiymətləndirib və bu addımın tamamilə haqlı olduğunu bildirib.
ABŞ Prezidenti Baş nazir və onun koalisiyasını dəstəkləməyin onun üçün şərəf olduğunu vurğulayıb. Tramp Sanae Takaiçiyə “Güc vasitəsilə sülh” adlı mühafizəkar proqramın həyata keçirilməsində uğurlar arzulayıb.
“Bu qədər böyük həvəslə səs verən gözəl Yaponiya xalqı həmişə mənim qəti dəstəyimi alacaq”, – deyə Donald Tramp paylaşımını yekunlaşdırıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





