Tramp Xark adasında neft obyektlərini hədəf alacağını istisna etməyib
16 Mart 2026 22:48   17 Mar 2026 01:16 Paylaş

ABŞ İranın Xark adasında neft obyektləri istisna olmaqla, demək olar ki, bütün hədəfləri məhv edib.

"Stabil.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib. Lakin o, gələcəkdə həmin obyektlərin də hədəfə alına biləcəyini istisna etməyib.

“Bildiyiniz kimi, biz Xark adasına hücum etdik. Lakin boru kəmərlərini toxunulmaz saxladıq. Biz bunu etmək istəmirdik, amma istəsək, beş dəqiqəlik xəbərdarlıqla bunu edə bilərik”, – deyə Tramp bildirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol