Tramp Vitkoff və Kuşnerin Ukraynaya səfər edəcəyini açıqlayıb
31 İyul 2026 11:26   31 Jul 2026 11:50 Paylaş

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Prezidentin kürəkəni Cared Kuşner yaxın günlərdə Ukraynaya səfər edəcəklər.

"Stabil.az" xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Donald Trampla müsahibəsinə istinadla məlumat yayıb.

ABŞ Prezidenti bildirib ki, administrasiyasının əsas diqqəti Rusiya-Ukrayna müharibəsinə son qoyulmasına yönəlib. Onun sözlərinə görə, Vitkoff və Kuşner Ukraynaya səfər edərək münaqişənin nizamlanması ilə bağlı təmaslar aparacaqlar.

“Biz Ukrayna ilə Rusiya arasındakı müharibənin başa çatmasını istəyirik. Biz raketlərlə deyil, sülhlə maraqlanırıq”, – deyə Tramp vurğulayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol