Tramp və İraq Baş naziri iyulda Ağ Evdə danışıqlar aparacaq
16 İyun 2026 22:46   Paylaş

ABŞ Prezidenti Donald Tramp iyulun ortalarında Ağ Evdə İraqın Baş naziri Əli əz-Zaidi ilə ikitərəfli münasibətlərin perspektivlərini müzakirə edəcək.

"Stabil.az" xəbər verir ki, bu barədə əz-Zaidinin ABŞ Prezidentinin İraq üzrə xüsusi elçisi Tom Barrakla görüşünün yekunları üzrə birgə bəyanatda deyilir.

"Prezident Tramp bu mühüm münasibətlərin gələcəyini müzakirə etmək üçün iyulun ortalarında Ağ Evdə Baş nazir əz-Zaidi ilə görüşü səbirsizliklə gözləyir", - məlumatda qeyd olunub.

Tərəflər İraqın suveren, təhlükəsiz və firavan gələcəyinin təmin edilməsinə yönəlmiş möhkəm və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına sadiqliklərini təsdiq ediblər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol