Tramp NATO sammitində iştirak etmək üçün Türkiyəyə yola düşüb
7 İyul 2026 09:07   Paylaş

ABŞ Prezidenti Donald Tramp NATO sammitində iştirak etmək üçün Türkiyəyə yola düşüb.

"Stabil.az" xəbər verir ki, iyulun 7-də onun ilk görüşü sammitin ev sahibi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla olacaq.

Ağ Evin məlumatına görə, o həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşəcək. Trampın Ankarada mətbuat konfransı keçirməsi də nəzərdə tutulub.

Sammit zamanı Trampın, həmçinin NATO müttəfiqlərini müdafiə xərclərini artırmağa çağıracağı gözlənilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol