Tramp: İranla razılaşma uğursuz olsa, əməliyyatlar yenidən başlaya bilər
Donald Tramp İranla danışıqların nəticəsiz qalacağı halda hərbi fəaliyyətlərin bərpa edilə biləcəyini açıqlayıb və iranlıları peşəkar danışıqlar aparan tərəf kimi qiymətləndirib.
"Stabil.az" xəbər verir ki, bu barədə Ağ Ev lideri "Fox News"a verdiyi müsahibədə deyib.
"Mən danışıqlarda iştirak edirəm, onlar danışıqlarda iştirak edirlər. Onlar çox yaxşı danışıq aparanlardır, çox bacarıqlıdırlar. ABŞ bütün kartları əlində saxlayır və Vaşinqton İran ilə müharibədə hərbi qələbə qazanıb", - deyə o əlavə edib.
Amerika lideri əlavə edib ki, əgər Tehranla potensial razılaşma ölkəsi üçün yaxşı olmazsa, Amerika ordusu İrana qarşı hərbi əməliyyatlara yenidən başlaya bilər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





