Tramp: İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək
21 Aprel 2026 09:26   Paylaş

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ yaxın zamanda İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair zəmanət təqdim etməyi planlaşdırır.

"Stabil.az" xəbər verir ki, o, aprelin 20-də radio aparıcısı Con Frederiksə verdiyi müsahibədə İranın nüvə proqramı barədə danışarkən belə deyib.

"Bu baş verəcək və düşünürəm ki, çox tez baş verəcək. Onların nüvə silahı olmayacaq və biz buna icazə verməyəcəyik", - deyə o bildirib.

Aprelin 17-də Ağ Ev rəhbəri ABŞ və İran nümayəndələrinin zənginləşdirilmiş uranı bu ölkədən çıxarmaq üçün birlikdə çalışacaqlarını və Tehranın Vaşinqtondan heç bir dondurulmuş aktiv almadan nüvə proqramını qeyri-müəyyən müddətə dayandırmağa hazır olduğunu bildirib.

Amerika prezidenti həmçinin bildirib ki, İranla mümkün anlaşmanın əksər şərtləri artıq razılaşdırılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol