Tramp: İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əsas məqsəd İranın nüvə silahına sahib olmaq ehtimalını tamamilə aradan qaldırmaqdır və bunun iki həftə ərzində həyata keçiriləcəyini deyib.
"Stabil.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnaltislərə bildirib.
"Biz onların müəyyən imkan əldə etməsinin qarşısını almaq üçün müəyyən işlər görürdük. İndi isə bunu tamamilə başa çatdırırıq”, - o qeyd edib.
Eyni zamanda Tramp İrana qarşı əməliyyatın iki həftə ərzində başa çata biləcəyini ehtimal edib: "Buna bir həftə yarımdan sonra baxsanız – dörd həftədən sonra yox, bir həftə yarım və ya iki həftədən sonra – görəcəksiniz ki, biz onların buna nail olmasının qarşısını aldıq".
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





