Tramp: İranın Natanzdakı nüvə obyektinə tezliklə zərbə vurulacaq
14 İyul 2026 12:46   Paylaş

ABŞ Prezidenti Donald Tramp Amerika hərbçilərinin tezliklə İranın Natanz şəhərindəki nüvə obyektini bombalayacağını bildirib.

"Stabil.az"ın xəbərinə görə, Ağ Ev rəhbəri "Salem Radio Network"da Hyu Huitt ilə söhbətində yaxın günlərdə İrana ciddi zərbələr endirəcəyini açıqlayıb.

"Biz bunu edəcəyik. Kirk dağını məhv edəcəyik. İranlılara deyin hazırlaşsınlar. Bu axşam onlara çox ciddi zərbə vuracağıq və sabah onlara ciddi zərbə endirəcəyik. Bununla bağlı heç bir şey edə bilməyəcəklər", - o deyib.

Qeyd edək ki, Kirk dağı İranda yerləşir və Natanz nüvə kompleksindən təxminən bir mil cənubdadır.

Daha əvvəl məlum olub ki, Tramp Konqresi İrana qarşı hərbi kampaniyanın başlanması barədə rəsmən məlumatlandırıb. Bunun fonunda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 14-də saat 16:00-da (Bakı vaxtı ilə iyulun 15-də gecəyarı) İran limanlarının blokadasının bərpa olunacağını bildirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol