Tramp: İrandan gələn hər hücuma 20 zərbə ilə cavab verəcəyik
9 İyul 2026 09:27   Paylaş

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranın hər hücumuna cavab olaraq İrana 20 dəfə zərbə endirməyə hazır olduğunu açıqlayıb.

"Stabil.az"ın məlumatına görə, o, bunu Türkiyədə keçirilən NATO sammitindən sonra jurnalistlərə təyyarəsində deyib.

"Biz indicə onlara güclü zərbə endirdik. Bu, dünən gecə etdiklərinin qisası idi. Onlar üç gəmiyə hücum etdilər. Əgər bizi vursalar, biz də onlara 20 dəfə zərbə endirəcəyik", - Tramp bildirib.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Amerika hərbçilərinin İslam Respublikasının Hörmüz boğazına nəzarət etmək imkanlarını zəiflətmək məqsədilə İrana zərbələri bərpa etdiyini bildirib.

İyulun 8-də Tramp həmçinin İranla atəşkəsin artıq qüvvədə olmadığını açıqlayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol