Tramp: İrana silah tədarük edən ölkələrə qarşı 50%-lik tarif tədbirləri tətbiq olunacaq
8 Aprel 2026 16:14   Paylaş

ABŞ Prezidenti Donald Tramp İrana silah göndərən ölkələr üçün sərt maliyyə tədbirlərinin nəzərdə tutulduğunu açıqlayıb.

"Stabil.az" xəbər verir ki, o, bu bəyanatı "Truth Social"da, sanksiyaların yumşaldılmasına dair Tehranla danışıqların başlanması barədə paylaşımın ardınca dərc edib.

"İrana silah tədarük edən ölkələr dərhal qüvvəyə minməklə 50% rüsuma cəlb ediləcək", - o vurğulayıb.

Trampın sözlərinə görə, yeni tədbir heç bir istisna olmadan tətbiq ediləcək. "İstisnalar və azadolmalar olmayacaq", - o qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol