Tramp İrana qarşı sərt əməliyyat və Xarq adasının ələ keçirilməsi anonsunu verib
Donald Tramp bu gecə İrana qarşı çox sərt addımlar atacaqlarını və Xarq adasını nəzarətə götürəcəklərini bəyan edib.
"Stabil.az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
Tramp bildirib ki, ABŞ bu gecə Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə qüvvələri, radarları və digər bütün növ müdafiə və əksər hücum qabiliyyəti məhv olmuş İrana hücum edəcək.
O qeyd edib ki, ABŞ çox da uzaq olmayan gələcəkdə Xarq adasını və digər neft infrastrukturu olan nöqtələri ələ keçirəcək, eləcə də İranın neft-qaz bazarını tamamilə nəzarət altına alacaq.
“Eynilə Venesuelada olduğu kimi. Hansı ki, həm Venesuela, həm də ABŞ üçün əladır”, - ABŞ Prezidenti əlavə edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





