Tramp İrana mümkün zərbə üçün Britaniyadakı bazaya çıxış istəyir
ABŞ prezidenti Böyük Britaniyadan ABŞ Hərbi Hava Qüvvələrinin İrana zərbə endirməsi üçün ölkə ərazisindəki bazadan istifadəyə icazə verilməsini xahiş edib.
"Stabil.az" xəbər verir ki, bu barədə “The Daily Telegraph” mənbələrə istinadən məlumat verib.
Əgər London bundan imtina edərsə ABŞ Böyük Britaniya və Mavriki arasında Hind okeanındakı Çaqos arxipelaqı üzərində suverenliyin ölkəsinə verilməsi barədə razılaşmanı dəstəkləməkdən imtina edəcək.
Qeyd edək ki, sözügedən baza Dieqo Qarsiya adasında yerləşir. 1966-cı il müqaviləsinə əsasən baza Böyük Britaniya və ABŞ tərəfindən birgə idarə olunsa da, oradan adi əməliyyatlardan kənar əməliyyatlar üçün istifadə zamanı Londonun razılığı tələb olunur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





