Tramp: İran nüvə silahı əldə etməyə çox yaxın idi
2 Oktyabr 2026 09:34   Paylaş

ABŞ Prezidenti Donald Tramp bildirib ki, 2026-cı ilin fevralında İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı.

"Stabil.az" xəbər verir ki, o, Texasda tərəfdarları qarşısında çıxış edərkən ABŞ-nin İrana qarşı əməliyyatının başlanmasını xatırladıb.

"İran nüvə silahı əldə etmək üzrə idi. Üç-dörd həftə, bəlkə də daha az vaxt qalmışdı. Əgər onlar nüvə silahı əldə etsəydilər, bütün oyun bitmiş olardı. Biz buna yol verə bilməzdik", - Tramp bildirib.

Qeyd edək ki, sentyabrın sonunda İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın nüvə silahı yaratmaq ərəfəsində olması ilə bağlı iddiaları rədd edib və onları yalan adlandırıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol