Tramp: İran gəmilərə atəş açsa, ABŞ infrastruktur obyektlərini vuracaq
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında gəmilərə atəş açacağı halda ölkənin körpü və ya elektrik stansiyalarının vurulacağını açıqlayıb.
"Stabil.az" xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
“Bu andan etibarən İran İslam Respublikası Hörmüz boğazında hər hansı bir gəmiyə raket, reaktiv mərmi, pilotsuz uçuş aparatı və ya hər hansı digər qurğu və yaxud silahla atəş açdığı hər dəfə, Birləşmiş Ştatlar Tehranın paytaxtında və ya onun yaxınlığında yerləşənlər də daxil olmaqla, bir körpünü və ya elektrik stansiyasını bombalayaraq məhv edəcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!”, - deyə Tramp bildirib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





