Tramp iki-üç gün ərzində İranla razılaşmanın ola biləcəyini deyib
17 Aprel 2026 22:49   18 Apr 2026 03:58 Paylaş

ABŞ və İran nümayəndələri çox güman ki, bu həftəsonu görüşəcəklər.

"Stabil.az"ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Axios”a müsahibəsində deyib.

"İranlılar görüşmək, razılaşma əldə etmək istəyirlər. Düşünürəm ki, həftəsonu görüş keçiriləcək. Zənnimcə, növbəti bir-iki gün ərzində razılaşma əldə edəcəyik", - deyə o bildirib.

Daha əvvəl “Axios” mənbəyə istinadən müzakirə olunan razılaşmanın elementlərindən biri kimi ABŞ-nin İranın zənginləşdirilmiş uran ehtiyatından imtina etməsi müqabilində dondurulmuş İran vəsaitlərindən 20 milyard dolları azad edəcəyini yazıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol