Tramp: Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə davam edəcəyik
13 İyul 2026 21:37   Paylaş

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə davam edəcəyini və bunun müqabilində kompensasiya alacağını bildirib.

"Stabil.az" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə "Fox News"a müsahibəsində deyib.

"Biz boğazı qoruyacağıq. Çox güman ki, onu biz idarə edəcəyik. Onun mühafizəçiləri olacağıq və bunu etdikdə əvəzini alacağıq", - D.Tramp bildirib.

Onun sözlərinə görə, ABŞ 50 il ərzində Hörmüz boğazının təhlükəsizliyini təmin edib, lakin buna görə ödəniş almayıb: "Biz onu ödənişsiz qoruyurduq, lakin indi bundan pul qazanacağıq".

İranla bağlı vəziyyətə münasibət bildirən Tramp İran rəhbərliyini "pis insanlar qrupu" adlandırıb və əlavə edib ki, ölkə hazırda ciddi zərbə alır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol