Tramp: Ərdoğan olmasaydı, NATO sammitinə gəlməzdim
7 İyul 2026 17:53   Paylaş

ABŞ Prezidenti Donald Tramp NATO sammitinə Türkiyədə təşkil olunduğu üçün qatıldığını və bunda Prezident Rəcəb Tayyib Ərdoğanın mühüm rol oynadığını bildirib.

"Stabil.az" xəbər verir ki, D.Tramp NATO ilə bağlı çox məyus olduğunu deyib.

"Mən NATO ilə bağlı çox məyus olduğumu demişəm, Ərdoğan olmasaydı, bu zirvə görüşünə gəlməzdim. Ərdoğan çox güclü lider, çox güclü insandır. Bu sammitin Türkiyədə keçirilməsi həqiqətən də çox böyük hadisədir. Biz bu günədək NATO-ya trilyonlarla dollar sərmayə qoymuşuq. Nəyə görə? Avropa ölkələrini qorumaq üçün... Onları Rusiyadan qorumaq üçün. Amma onların da hansısa şəkildə bizə dəstək vermək üçün nəsə etmələri lazım idi", - Tramp qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol