Tramp Davosda Zelenski ilə görüşəcəyini açıqlayıb
21 Yanvar 2026 19:40   22 Jan 2026 02:50 Paylaş

Həm Rusiya, həm də Ukrayna prezidentlərinin sülh razılaşması əldə etmək niyyətində olduğu bildirilib.

"Stabil.az" xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı səsləndirib.

Tramp qeyd edib:“Mən Prezident Putinlə işləyirəm və o, razılaşma əldə etmək istəyir. Mən buna inanıram. Mən həm də Prezident Zelenski ilə işləyirəm və düşünürəm ki, o da razılaşma əldə etmək istəyir. Mən bu gün onunla görüşəcəyəm".



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol