Tramp Davosda: Qəzza üzrə Sülh Şurası tarixdə nüfuzlu olacaq
21 Yanvar 2026 21:52   22 Jan 2026 02:37 Paylaş

“Qəzza ilə bağlı Sülh Şurasına qoşulmaq istəyən çox insan var. Bu, indiyə qədər yaradılmış ən nüfuzlu şura olacaq”.

"Stabil.az" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Davosda deyib. O bildirib ki, şurada iştirak edəcək böyük dövlətlər var.

“Əgər biz iştirak etməsəydik, sülh olmazdı. Kiçik toqquşmalar var. Amma əsasən HƏMAS silahlardan əl çəkməzsə, məhv ediləcək. Başqa seçim qalmayacaq. Onlar çıxmaq üçün razılığa gəldilər. Yaxın Şərqdə sülh var. Bu inanılmaz bir şeydir. Heç kim bunu görəcəyimizi düşünmürdü”,-deyə Tramp əlavə edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol