Tramp aprelin əvvəlində Çinə səfər edəcək
ABŞ prezidenti Donald Tramp aprelin ilk həftəsində Çinə səfər etməyi planlaşdırır.
"Stabil.az" xəbər verir ki, bu barədə “Politico” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Nəşrin üç mənbəsi Donald Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşünün aprelin əvvəlində Pekində keçiriləcəyini təsdiqləyib.
Qeyd olunub ki, ötən həftə Donald Tramp və Si Cinpin arasında telefon danışığı baş tutub.
Dövlət başçıları arasında son görüş 2025-ci ilin oktyabrında Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində Pusana səfər zamanı keçirilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





