Tramp Aİ-dən ABŞ-yə gələn avtomobil və yük maşınları üçün tarifləri 25 faizə qaldırıb
1 May 2026 22:00   02 May 2026 02:22 Paylaş

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından ABŞ-yə gələn avtomobil və yük maşınları üçün tətbiq olunan tarifləri artırıb.

"Stabil.az" xəbər verir ki, bu barədə Tramp “Truth” sosial mediasında yazıb.

Bildirib ki, bu addım Avropa İttifaqının tam razılaşdırılmış ticarət sazişinə əməl etməməsi ilə bağlıdır.

“Gələn həftə tariflər 25 faizə qədər artırılacaq. Əgər onlar ABŞ zavodlarında avtomobil və yük maşınları istehsal etsələr, heç bir tarif olmayacaq”,- deyə Tramp əlavə edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol