Tramp ABŞ vətəndaşlığı qaydalarında dəyişiklik etmək istəyir
ABŞ Prezidenti Donald Tramp ölkədə doğum hüququ əsasında vətəndaşlıq verilməsi təcrübəsini dayandırmaq niyyətində olduğunu açıqlayıb.
"Stabil.az"ın məlumatına görə, Amerika lideri bu açıqlamanı Ağ Evin Oval kabinetində verib.
"Düşünürəm ki, dünyada doğum hüququ ilə vətəndaşlığın olduğu yeganə ölkə bizik. Biz buna son qoyuruq", - Tramp deyib.
Daha əvvəl Tramp doğum hüququ prinsipini məhdudlaşdırmağa yönəlmiş icra sərəncamları imzalayıb. Prezident administrasiyasının sözçüsü Stiven Miller bildirib ki, sərəncamlardan biri sözdə "doğum turizmi"nin qadağan edilməsi ilə bağlıdır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





