Tramp: ABŞ-nin növbəti hədəfi Kuba ola bilər
28 Mart 2026 09:49   28 Mar 2026 16:42 Paylaş

Donald Tramp qeyd edib ki, Kuba ABŞ-nin növbəti hədəflərindən biri ola bilər.

"Stabil.az" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Mayamidə keçirilən investisiya forumunda bildirib.

"Mən böyük bir ordu qurmuşam. Demişdim ki, onlardan istifadə etmək lazım deyil, amma bəzən istifadə etmək lazımdır. Yeri gəlmişkən, növbəti Kubadır", - o qeyd edib.

Bununla belə, Amerika lideri ABŞ-nin Kuba ilə bağlı mümkün gələcək hərəkətlərinin təfərrüatlarını açıqlamayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol