The Financial Times: ABŞ Ukraynada referendum və prezident seçkilərinin keçirilməsini tövsiyə edir
11 Fevral 2026 11:16   Paylaş

ABŞ-də hesab edirlər ki, Ukrayna mayın 15-dək prezident seçkilərini və Rusiya ilə sülh razılaşmaları üzrə referendum keçirməlidir.

“Stabil.az” xəbər verir ki, bu barədə “The Financial Times” (FT) nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, ölkə üçün təhlükəsizlik zəmanətlərinin verilməsi bu planlardan asılıdır. Nəşr planlaşdırmada iştirak edən ukraynalı və avropalı məmurlara, həmçinin digər şəxslərə istinad edərək yazıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də, müharibənin dördüncü ildönümündə prezident seçkiləri və referendum keçirilməsi planını elan etmək niyyətindədir.

Qeyd olunur ki, həm Zelenskinin ofisi, həm də ABŞ-nin Kiyevdəki səfirliyi bu məsələyə şərh verməkdən imtina edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol