Tərtərdə saxlanılan şəxsdən narkotik və avtomat silah aşkar edilib
Tərtərdə saxlanılan şəxs üzərində və yaşadığı evdə narkotik vasitə və avtomat silah tapılıb.
"Stabil.az" DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Elməddin Xıdırov saxlanılıb. Onun üzərinə və evinə baxış zamanı təxminən 1 kiloqram marixuana, “AK-103” markalı avtomat silah, 30 ədəd patron və patron darağı götürülüb. Araşdırmalar göstərib ki, Xıdırov bu narkotik vasitə və silahı Ağdərə rayonundan taparaq qanunsuz olaraq saxlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb. Elməddin Xıdırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





