Tehranın dağlıq Kolakçal bölgəsində partlayışlar baş verib
4 Aprel 2026 10:36   04 Apr 2026 11:00 Paylaş

Tehranın şimalındakı dağlıq Kolakçal ərazisində bir neçə partlayış baş verib.

"Stabil.az" xəbər verir ki, bu barədə Əl-Hədət telekanalı məlumat yayıb.

Hadisənin təfərrüatları hələlik açıqlanmayıb. İran rəsmiləri sözügedən məlumatı şərh etməyiblər.

Eyni zamanda, beynəlxalq media və şahidlər paytaxtda bir neçə güclü partlayış səsinin eşidildiyini və hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyini bildirir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol