Tehran yaxınlığındakı “Talekan” nüvə obyektinə İsrail ordusu tərəfindən zərbə endirilib
İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatına görə, Tehran yaxınlığında nüvə silahının hazırlandığı iddia edilən “Talekan” tədqiqat mərkəzi vurulub.
"Stabil.az" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Son illərdə obyekt müasir partlayıcı maddələrin hazırlanması və nüvə silahının yaradılması üzrə gizli proqram olan "Amad" layihəsi çərçivəsində həssas təcrübələrin aparılması üçün istifadə olunub", - bəyanatda deyilir.
IDF müəyyən edib ki, İran 2024-cü ilin oktyabrında hücum nəticəsində dağıdılmış obyekti bərpa etməyə başlayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





