TDT-nin ilk birgə peyki 2027-ci ildə orbitə buraxılacaq
30 İyul 2026 17:29   Paylaş

Türk Dövlətləri Təşkilatının ilk birgə peyki olan OTS-SAT-ın 2027-ci ildə buraxılması planlaşdırılır.

"Stabil.az" Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə istinadən verdiyi məlumata görə, layihəni nazirliyin rəhbəri Jaslan Madiyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev müzakirə ediblər.

Bildirilib ki, kosmik aparatı qazaxıstanlı mühəndislər və mütəxəssislər Astanada yerləşən Kosmik Aparatların Yığma və Sınaq Kompleksinin bazasında hazırlayırlar: "Peykin mühəndis modeli artıq tam yığılıb, işlər təsdiq edilmiş qrafikə uyğun olaraq aparılır".

Bundan başqa, tərəflər çərçivə sazişinin hazırlanması, layihənin maliyyələşdirilməsi və buraxılışın təşkili məsələlərini nəzərdən keçiriblər.

J.Madiyevin sözlərinə görə, OTS-SAT-ın həyata keçirilməsi TDT ölkələrinin texnoloji əməkdaşlığını gücləndirəcək və yeni birgə layihələr üçün imkanlar yaradacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol