Tatyana Valovaya: Son hadisələr regional sabitliyin həssas olduğunu göstərir
12 Mart 2026 12:41   Paylaş

Belə tədbirlər müxtəlif baxışların toplanması və əməkdaşlıq yollarının araşdırılması üçün mühüm platformadır.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumunun açılış mərasimində BMT-nin Cenevrə Ofisinin Baş direktoru Tatyana Valovaya deyib.

"Son hadisələr bizə regional sabitliyin necə həssas olduğunu xatırladır. Bu cür böhranların beynəlxalq sistemdə necə əks-səda doğuraraq sülhü və təhlükəsizliyi zəiflətdiyini bir daha yada salır", - deyə o, əlavə edib.

Tatyana Valovaya hökumətlərin, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətlərinin qlobal çağırışların həlli üçün bir araya gəlmələrinin vacibliyini vurğulayıb.

"Qarşımızda duran çağırış keçmişi yenidən bərpa etmək deyil, daha mürəkkəb və qarşılıqlı dünyada fəaliyyət göstərə biləcək əməkdaşlıq formaları qurmaqdır. Bölünmələri aradan qaldırmaq gələcəkdə daha sabit və davamlı münasibətlərin formalaşması üçün vacibdir", - deyə Baş direktor bildirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol