Tatarıstandakı zavodda partlayış: 72 nəfər xəsarət alıb
31 Mart 2026 17:28   Paylaş

Tatarıstanda “Nijnekamskneftekim” zavodunda baş verən partlayış 72 nəfərin xəsarət almasına səbəb olub.

"Stabil.az"ın Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə şirkətdən bildirilib.

Onlardan 8 nəfər xəstəxanaya yerləşdirilib, 64 nəfər yüngül xəsarət alıb.

Bundan əlavə, bildirilib ki, fövqəladə hadisə nəticəsində iki nəfər ölüb.

Daha əvvəl üç nəfərin həlak olduğu barədə məlumat verilmişdi.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol