“Tasnim”: İran Bab əl‑Məndəb boğazını bağlamağı istisna etmir
Məlumata görə, İrana qarşı quru əməliyyatı başlayacağı təqdirdə Bab əl-Məndəb boğazının bağlanması mümkün variant kimi qiymətləndirilir.
"Stabil.az" xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi hərbi mənbəyə istinadla məlumat yayıb.
“Bab əl-Məndəb Süveyş kanalına gedən gəmilərin əhəmiyyətli bir hissəsini idarə edən vacib dəniz dəhlizidir. Boğaz Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir və Yəmən ilə Eritreya arasında uzanır”, - məlumatda bildirilib.
Qeyd edək ki, ABŞ-nin İranın Xark adasını ələ keçirmək üçün quru əməliyyatına hazırlaşdığı barədə məlumatlar yayılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





