TANAP vasitəsilə indiyədək 99,6 milyard kubmetr Azərbaycan qazı nəql olunub
İstismara verildiyi vaxtdan bu günədək Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə ümumilikdə 99,6 milyard kubmetr Azərbaycan qazının nəqli həyata keçirilib.
"Stabil.az" bu barədə Energetika Nazirliyinə istinadən məlumat verib.
Bildirilib ki, bunun da 39,6 milyard kubmetri Türkiyəyə ixrac edilib.
Xatırladaq ki, bu gün "Şahdəniz-2" layihəsi çərçivəsində TANAP vasitəsilə Azərbaycandan Türkiyəyə kommersiya təyinatlı qaz həcmlərinin nəqlinə başlanılmasından 8 il ötür. Cənub Qaz Dəhlizinin önəmli hissəsi olan TANAP enerji təhlükəsizliyinin təmin edilməsində əvəzolunmaz infrastruktur layihəsi hesab olunur.
Qeyd edək ki, TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından və digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və bu ölkədən Avropaya nəqlini həyata keçirir. TANAP Cənubi Qafqaz Boru kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə ərazisindən keçərək Türkiyə-Yunanıstan sərhədində başa çatır və sonra təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




