Takaiçi: Yaponiya ASEAN-a 10 milyard dollar maliyyə dəstəyi verəcək
15 Aprel 2026 14:17   Paylaş

Yaponiyanın Baş naziri Sanae Takaiçi Tokionun ASEAN ölkələrinə 10 milyard dollar həcmində maliyyə dəstəyi ayırmaq niyyətində olduğunu açıqlayıb.

"Stabil.az" bu barədə "Kyodo"ya istinadən xəbər verir.

Onun sözlərinə görə, yardımın məqsədi Yaxın Şərqdəki gərginlik səbəbindən dəniz logistikasında yaranan fasilələr fonunda Asiya ölkələrinə sabit neft tədarükünün təmin edilməsinə kömək etməkdir.

O bildirib ki, planlaşdırılan yardım 1,2 milyard barelə qədər neft tədarükünə bərabərdir və bu da ASEAN ölkələrinin təxminən illik xammal idxalı həcmini təşkil edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol