Tailandda Sonqkran festivalı zamanı avtomobil qəzaları 242 can alıb
17 Aprel 2026 17:40   Paylaş

Tailandda ənənəvi Yeni il bayramı olan Sonqkran festivalı dövründə baş verən avtomobil qəzalarında 242 nəfər həyatını itirib.

"Stabil.az" xəbər verir ki, Tailandın Fəlakətlərin qarşısının alınması departamenti aprelin 10-dan 16-dək davam edən bayram tətilində ölkə üzrə 1242 yol-nəqliyyat hadisəsinin baş verdiyini, nəticədə 242 nəfərin öldüyünü, 1200 nəfərin xəsarət aldığını açıqlayıb. Qəzaların sayı ötən illə müqayisədə 35, ölü və yaralıların sayı isə müvafiq olaraq 37 və 10 faiz azalıb.

Qurumun məlumatına görə, qəzaların əsas səbəbi yüksək sürət və sərxoş halda idarəetmə olub.

Qeyd edək ki, yeni ilin başlanğıcını simvolizə edən Sonqkran hər il aprelin 13-15-də qeyd olunur. Bayram günlərində ölkədaxili səyahətlərin sayı çoxalır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol