Tailandda məktəbə silahlı hücum: müəllim və şagirdlər girov götürülüb
Tailandın Hat Yay rayonunda yerləşən məktəbə silahlı hücum edilib. Hadisə nəticəsində müəllim və şagirdlər arasında yaralananların olduğu bildirilsə də, onların dəqiq sayı hələlik açıqlanmayıb.
"Stabil.az" Tailand mediasına istinadla xəbər verir ki, silahlı şəxs dərs gününün sonuna yaxın məktəb binasına daxil olaraq atəş açıb. Atışmadan sonra o, bəzi müəllim və şagirdləri girov götürüb. Bir neçə şagirdin isə məktəb binasında köməksiz vəziyyətdə qaldığı bildirilir.
Hadisə yerinə polis əməkdaşları, xüsusi təyinatlı qüvvələr və xilasedicilər cəlb olunub. Təhlükəsiz zonada olan şəxslərin təxliyəsi həyata keçirilir, hücum edən şəxslə danışıqlar aparılır.
Hazırda ərazidə xüsusi əməliyyat davam etdirilir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





